Londonu Milana dəyişdi

ESTAFET/ İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib. A Seriyası təmslçisi İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Tyemua Bakayokonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

“Milan” sözügedən oyunçunu icarəyə götürüb. Tərəflər arasında bir illik müqavilə imzalanıb.

 

Bakayoko “Çelsi”yə 2017-ci ilin yayında Fransanın “Monako” klubundan transfer olunub. 23 yaşlı fransalı futbolçu geridə qalan mövsümdə London klubu ilə 29 oyuna çıxıb, 2 qol vurub. 

Müəllif: Bəhruz MƏMMƏDOV