Millimiz “Prezident kuboku”nda iştirak edəcək

ESTAFET/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda keçiriləcək “Prezident kuboku” turnirində iştirak edəcək.

 

6 komandanın mübarizə aparacağı yarışın püşkünün nəticəsinə əsasən, komandamız Qazaxıstan və Qırğızıstanın U-17 yığmaları ilə birgə B qrupunda yer alıb.

 

A qrupunda isə Tacikistan və Krasnodar Akademiyasının U-17 komandası ilə yanaşı, Qazaxıstanın 16 yaşadək futbolçulardan ibarət yığması mübarizə aparacaq.

 

Avqustun 24-də start götürəcək turnirin ilk oyun günündə, təqvimə əsasən, Azərbaycan yığması meydana çıxmayacaq. Komandamız növbəti gün Qırğızıstan yığması ilə üz-üzə gələcək.


25 avqust 2018
16:00  Qırğızıstan - Azərbaycan


26 avqust 2018
16:00  Azərbaycan - Qazaxıstan 

Müəllif: Orxan NOVRUZOV