Türkiyəni A Seriyasına dəyişdi

ESTAFET/ Türkiyənin “Bursaspor” klubu aparıcı futbolçularından olan Villiam Troost-Ekonqla yollarını ayırıb. Super Liqa təmsilçisi Nigeriya yığmasının da şərəfini qoruyan mərkəz müdafiəçisini İtaliyanın “Udineze” klubuna satıb. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

 

“Udineze” 24 yaşlı futbolçuya görə “Bursaspor”a 3,3 milyon avro təzminat ödəyəcək. Nigeriyalı müdafiəçi tezliklə yeni klubunun düşərgəsinə gedərək tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.

 

“Udineze” hələ bu transferi rəsmən açıqlamadığından, tərəflərin neçə illik müqaviləyə imza atacağı bilinmir.

 

“Bursaspor”a 2017-ci ilin yayında Belçikanın “Gent” klubundan transfer olunan Ekonq bu komandanın heyətində 32 oyuna çıxıb, 3 qol da vurub. 

Müəllif: Bəhruz MƏMMƏDOV