Millimiz Rusiyaya yollanır

ESTAFET/ Avqustun 18-24-də Rusiyanın Qroznı şəhərində kişi boksçular arasında beynəlxalq turnir keçiriləcək. Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan sayca 10-cu yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

 

Yığmamızın məşqçilər korpusu Qroznıda 10 boksçuya şans verəcək. Komandamız turnirdə Qoşqar Səfərli (52 kq), Sərxan Əliyev (60 kq), Fərid Ağamoğlanov, Elvin İsayev, Niyaməddin Allahverdiyev (hər üçü 64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Tural Həsənov, Rahil Məmmədli (hər ikisi 91 kq) və Məhəmməd Abdullayev (+91 kq) ilə təmsil olunacaq.

 

Millimiz səfərə bu gün yola düşəcək. 

Müəllif: Orxan NOVRUZOV