Xasmetov dünya çempionatına qələbə ilə başladı

ESTAFET/ Macarıstanın paytaxtı Budapeştdə gənc boksçular arasında dünya birinciliyinə start verilib. 65 ölkədən 359 idmançının qatıldığı mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

 

49 kq çəki dərəcəsində mübarizə aparan Maqsud Xasmetov 1/16 final çərçivəsində uqandalı Fişer Odoçla üz-üzə gəlib. Görüş 5:0 (29:28, 29:28, 30:26, 30:27, 30:27) hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. Xasmetov növbəti döyüşündə Rafael Biançi Benderlə (Braziliya) qarşılaşacaq. Görüş avqustun 23-də olacaq.

 

Qeyd edək ki, Azərbaycan yığması mundiala 6 boksçu ilə qatılıb. Təmsilçilərimizdən sabah Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq) və Zaur Musayev (81 kq) mübarizəyə qoşulacaq. Boksçularımız müvafiq olaraq, Rahat Seitjan (Qazaxıstan), Yu-Şenq Hunq (Çin Taypeyi) və Kristian Çaveconu (Kuba) sınağa çəkəcək. 

Müəllif: Məsim MƏSİMZADƏ