"Futbol bu bölgədə sevilir": Ayaz Quliyev

ESTAFET/ Rusiya “Rostov”unun azərbaycanlı futbolçusu Ayaz Quliyev klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Moskvada doğulsanız da, kökləriniz Azərbaycanın cənubundandır...
- Mənim köküm Azərbaycanın Lənkəran rayonu və Masallının Boradigah kəndindəndir. Atam 20 yaşında Moskvaya gəlib və burada anamla tanış olub. Həmin vaxtlar ölkəmizdə vəziyyət yaxşı deyildi. Atam da burada işləyib və burada məskunlaşıb.
- Lənkərana getdinmi?
- Mən kiçik olanda. Sonradan atamın məzuniyyəti ilə bağlı ora gedə bilmədim. Yaxınlarımız bizi ziyarət etmək üçün buraya gəlir.
- Orada futbolun vəziyyəti necədir?
- “Xəzər Lənkəran” klubu var idi. Bir zamanlar yaxşı maliyyə ayırmışdılar. Futbol bu bölgədə sevilir. Yaxınlarım, məni tanıyan yerlilərim hər zaman dəstək olurdular.
- “Spartak”a necə gəldin?
- 5 yaşımda. Mən özümdən 1 yaş böyüklərlə oynamağa başladım.
- Niyə “qırmızı-ağ”lar?
- Göründüyü kimi bu klubun yetirmələri yüksək liqanın bütün klublarında var. Yəqin ki, atam bunu bilirdi. Ona görə də məni bura köklədi.
- Futbolçu olmasaydınız...
- Döyüş növlərindən hər hansı birini seçərdim. Peşəkar olmasam da, məşğul olardım. Futbolu seçdiyim üçün digər idman növlərinə vaxtım yox idi. Səhərlər məktəbə gedirdim, axşam məşqə gəlirdim. Mmənim böyük və kiçik qardaşlarım döyüş növləri ilə məşğul olurlar. Buna görə onlarla tez-tez danışırıq. Onlarla arada döyüşürük və tək xahişim odur ki, ayaqlarımı qırmasınlar.
- 2015-ci ildə Gənclər Liqasında qrupdan çıxanda “ləzqinka rəqsi etdiyiniz doğrudur?
- Bəli, əhval-ruhiyyə yüksək idi və etmişdim.
- “Rostov” avrokuboklara vəsiqə qazansa, təkrarlaya bilərsən?
- Xeyr. Artıq bu bitib (gülür).
- Bu yaxınlarda Akinfeyev deyib ki, məşhurluq onun üçün pis amildir. Səndə necə?
- Hesab edirəm ki, mən onun qədər məşhur deyiləm. Elə hallar olur ki, məni tanıyırlar. Amma onun qədər yox.
- Azarkeşlər səni UFC çempionu Həbib Nurmaqamedova oxşadırlar...
- Bu barədə internetdə görmüşəm. Mənə tez-tez şəkillər göndərirlər.
- Buna əsəbiləşirsən?
- Bu hər halda yaxşı şeydir. Həbib dəyərli insandır. Mənə xoşdur ki, onunla müqayisə edilirəm. Böyük keyfiyyətlərə malik yaxşı insandır.
- Onun Makreqorla görüşü olacaq...
- İstənilən döyüşünə baxıram. Ona qələbə arzulayıram. Heç bir qorxu yoxdur. Həbib yenilməz döyüşçüdür və əminəm ki, elə də qalacaq.
- Zövqlər haqqında danışaq. Hansı musiqiyə üstünlük verirsən...
- Bu barədə nəsə demək çətindir. Çeçenistan və Türkiyə mahnılarını dinləməyi sevirəm. Məsələn, Mekka Majievoyu dinləyirəm.
- Yeməklər?
- Hər dadlı yeməyi yeyirəm. Ətlə olanları da.
- Qafqazın hansı yeməklərini xoşlayırsan?
- Çeçenistan və Dağıstan mətbəxi əladır. Xingəl yeyirəm. Şirniyyatlardan isə ancaq Türkiyə və Azərbaycan. Şəkərbura, paxlava göndərirlər. Çox sevirəm.
- Gəzməyi səvirsən? BƏƏ-də fotolarını gördük...
- Dubay və Əbu-Dabidə idim. Səudiyyə Ərəbistanına Həcc ziyarətinə getmək istəyirəm. Çünki bu müsəlmanlar üçün vacib əməldir. Toyumdan dərhal sonra həyat yoldaşımla ora gedəcəm.
- Kənardan utancaq görünürsən. Evdə də beləsən?
- Çox utancaq olduğum deyilməz. Açıq olmağa çalışıram.
- Evlənmək haqqında düşünürsən?
- Düzü, bu barədə sonra danışardım. Amma hər dəfə soruşurlar. Qışda evlənmək istəyirəm. Bu barədə bir qədər sonra ətraflı danışacam. Evlənməyi çox istəyirəm.
- Gəlini qaçıracaqsan?
- Bu din baxımından qadağandır. Toya qədər gəlinə toxunmaq olmaz. Hər şeyi İslam qanunları ilə etməyə çalışacam.
- Həyat yoldaşını Rostova gətirməyi planlaşdırırsan?
- Əlbəttə. Həyat yoldaşımı özümdən uzaqda saxlaya bilərəmmi?
