İrina Zaretska final döyüşündə
ESTAFET/ Azərbaycan karateçiləri Berlində Karate1 Premyer Liqasının ikinci yarış günü daha bir final görüşü imkanı əldə etdilər.
İrina Zaretska (68 kq) dörd rəqibinə qalib gələrək Premyer Liqanın finalçısı oldu. Bazar günü qızıl medal uğrunda həlledici görüşdə idmançımızın rəqibi Eda Eltemur (Türkiyə) olacaq.
Beş görüşdən dördünü qələbə ilə başa vuran Şahin Atamov (+84 kq) isə bürünc medal qazanmaq üçün tatamiyə çıxacaq. Tanınmış idmançının rəqibi Conatan Horne (Almaniya) olacaq.
Nüfuzlu turnirin son günü növbəti finalçı Rafael Ağayev (75 kq) və bürünc medal görüşünə çıxan Firdovsi Fərzəliyevin (60 kq) də nəticəsi məlum olacaq. R.Ağayevi Yusey Sakiyama (Yaponiya) ilə, F.Fərzəliyevi isə Kisar Alpisbay (Qazaxıstan) ilə gərgin görüş gözləyir.