Azərbaycanda ilk nüfuzlu badminton turniri

ESTAFET/ 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlardan biri də “International Challenge” kateqoriyalı beynəlxalq badminton turnirləridir. Sözügedən mötəbər yarışlardan birinin təşkili hüququnu Bakı qazanıb.

 

Turnir Beynəlxalq Badminton Federasiyasının 2019-cu il təqvim planına daxil edilib. İyunun 6-9 tarixlərində keçirilməsi planlaşdırılan “Azerbaijan International 2019” turniri Bakı İdman Sarayında baş tutacaq. 5 kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi nüfuzlu yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. 

Müəllif: Natiq NƏSİROV