"Bavariya"dan növbəti qələbə: Bundesliga - IV tur

ESTAFET/ Futbol üzrə Almaniya Bundesliqasında 4-cü turun oyunlarına start verilib. Şənbə günü hesabat turunun daha 6 oyunu baş tutub.
Dortmund “Borussiya”sı səfərdə “Hoffenhaym”la üz-üzə gəlib və xal itkisi ilə üzləşib.
“Verder” səfərdə “Auqsburq”a, “Frayburq” isə “Volfsburq”a qalib gəlib. “Nürnberq” “Hannover”i, “Herta” da Münhenqladbax “Borussiya”sını məğlub yola salıb.
Turun maraqla gözlənilən qarşılaşmasında isə “Bavariya” “Şalke”nin qonağı olub. Münhen təmsilçisi 2 cavabsız qolla qalib gəlib.
Almaniya Bundesliqası, 2018/2019 mövsümü
4-cü turun oyunları
21 sentyabr 2018
Ştutqart - Fortuna 0:0
22 sentyabr 2018
Auqsburq - Verder 2:3
Qollar: Çol 45, Maks 47 : Kruze 34, Eqqeştayn 36, Klaesson 75
Herta - Borussiya (Münhenqladbax) 4:2
Qollar: İbişeviç, 31, 63, Lazaro 34, Duda 73 : Azar 29, Plea 67
Hoffenhaym - Borussiya (Dortmund) 1:1
Qollar: Joelinton 44 : Pulişiç 84
Nürnberq - Hannover 2:0
Qollar: Anton 76 (ö.q.), Knoll 77
Volfsburq - Frayburq 1:3
Qollar: Mehmedi 61 : Salai 7, Petersen 21, Frants 50
Şalke - Bavariya 0:2
Qollar: X.Rodriges 8, Levandovski 64 (p.)
23 sentyabr 2018
Bayer - Maynts 1:0
Qol: Haverts 62
Ayntraxt - Leyptsiq 1:1
Qollar: Fernandes 26 : Forsberq, 54 (p.)
