Mövsümün ilk ən böyükhesablı nəticəsi

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 2018/19 mövsümünün ilk ən böyük hesabı qeydə alınıb.

 

Bu, VI turun “Neftçi” – “Səbail” qarşılaşmasına təsadüf edib. 4:0 hesabı ilə qalib gələn meydan sahibləri cari mövsümdə dörd və ya daha çox top fərqilə qələbə qazanan ilk komanda olub. Mövsümün arxada qalan hissəsində qeydə alınan böyükhesablı nəticələrin hamısında 3 top fərqi gerçəkləşmişdi. “Qəbələ” “Səbail”i 3:0, “Sumqayıt” “Sabah”ı, “Qarabağ” isə “Qəbələ”ni eyni – 4:1 hesabı ilə üstələmişdi. Qeyd edək ki, “Neftçi” “Qəbələ”, “Sumqayıt” və “Qarabağ”dan sonra böyükhesablı qələbə qazanan 4-cü komanda olub. “Səbail” isə 2-ci dəfə ağır məğlubiyyət almaqla “Sabah” və “Qəbələ”ni keçib. 

Müəllif: Natiq NƏSİROV