Şahmatçılarımızdan ardıcıl məğlubiyyətlər

ESTAFET/ Batumidə (Gürcüstan) təşkil olunan 43-cü Şahmat Olimpiadasında bu gün 9-cu turun qarşılaşmaları keçirilib. Təəssüf ki, ardıcıl ikinci məğlubiyyətini alan kişilərdən ibarət yığmamız Olimpiadanın medallarını qazanmaq şansını çətinə salıb. 

 

Qadınlardan ibarət yığmamız isə güclü Ukrayna yığması ilə qarşılaırdı. Görüş bərabərliklə yekunlaşıb. 

 

Azərbaycan  - Çin 1,5:2,5

Şəhriyar Məmmədyarov (2820) Lijen Din (2804) 0,5:0,5
Yanqyi Yu (2765) - Teymur Rəcəbov (2751) 0,5:0,5
Arkadi Naydiç (2721) - Yi Vey (2742) 0,5:0,5
Syanqçji Bu (2712) - Eltac Səfərli (2676) 1:0

 

Komandamız hazırda 13 xalla 10-ci pillədə qərarlaşıb

 

Azərbaycan - Ukrayna 2:2

Günay Məmmədzadə (2438) Anna Muzıçuk (2555) 0:1
Mariya Muzıçuk (2533) - Xanım Balacayeva (2326) 0,5:0,5
Gülnar Məmmədova (2355) - Anna Uşenina (2451)  1:0
Yuliya Osmak (2405) - Ülviyyə Fətəliyeva (2320) 0,5:0,5

 

Yığmamız 14 xalla 5-7-ci yerləri bölüşdürür və medallara iddiasını davam etdirir.  

Müəllif: Natiq NƏSİROV