"Neftçi" baxışa futbolçu dəvət edib

ESTAFET/ "Neftçi” klubu baxışa yeni futbolçu dəvət edib. Bu, qvineyalı Mamadu Kanedir. 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. Qvineyanın "Kaloum Star” klubunun üzvü olmuş futbolçu bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.

 

Qeyd edək ki, məşqçilər korpusu bu gündən məşqlərə qoşulan Mamadu Kane haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq. 

Müəllif: Natiq NƏSİROV