Şehiç "Qalatasaray"a keçə bilər

ESTAFET/ Uzun müddət “Qarabağ”ın qapısını qoruyan İbrahim Şehiç klubunu dəyişə bilər. Türkiyə mətbuatının məlumatına görə, Bosniya və Herseqovina millisinin üzvü “Qalatasaray”ın maraq dairəsindədi.
Uruqvaylı Musleraya əvəzedici axtaran “Qalatasaray” “Ərzurumspor”un qolkiperini heyətə cəlb etmək niyyətindədi. Ərzurum klubunda maaşını ala bilməyən 30 yaşlı qapıçı özü də qış fasiləsində ayrılmaq niyyətindədi. Məhz bu amil “sarı-qırmızılılar”ı daha da həvəsləndirir.
Qeyd edək ki, 2013-cü ildən “Qarabağ”ın formasını geyinən İbrahim Şehiç bu ilin yayında azad agent kimi “Ərzurumspor”la anlaşmışdı.
