20 yaşında Bundesliqanın tarixinə düşdü

ESTAFET/ “Ayntraxt”ın futbolçusu Luka Yoviç Bundesliqanın tarixinə düşüb. “Fortuna” ilə görüşdə (7:1) 5 qol vuran serbiyalı bu uğuru ilə bir sıra ilklərə imza atıb.

 

20 yaşlı futbolçu yarışın tarixində penta-trik müəllifi olan ən gənc oyunçudu. Luka həm də “Ayntraxt”ın heyətində bir oyuna 5 qol vuran ilk futbolçu olub.

 

Yoviç Bundesliqada eyni matçda 3 və daha çox qol vuran ilk serbiyalı kimi də tarixə düşüb.

 

Qeyd edək ki, Bundesliqada sonuncu avtoqol 2015-ci il sentyabrın 22-də qeydə alınmışdı. Həmin gün Robert Levandovski “Bavariya”nın heyətində“Volfsburq”a fantastik müddətdə - 9 dəqiqəyə 5 qol vurmuşdu. 

 

Mənbə: Matç

Müəllif: Estafet.az