"Vorskla"nın hələ də futbolçulara borcu var

ESTAFET/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubunda maliyyə problemləri davam edir. Xarici mətbuatın məlumatına görə, bu barədə "Vorskla"nın 32 yaşlı qapıçısı Boqdan Şust açıqlamasında deyib:

 

"Arsenal"la Avropa Liqasının ilk turundakı oyundan əvvəl klub bizə 5 aylıq borcları ödədi. Daha sonra başqa ödəniş olmadı. Klubun hələ də futbolçulara borcu var. İndi isə klubun prezidenti və vitse-prezident paltardəyişmə otağına gəlib bizə vəziyyətin sabit olduğunu, qalan borcların da tezliklə ödəniləcəyini dedi.

 

Avropa Liqasında iştirak qarşılığında klubumuz müəyyən qədər vəsait qazanıb. Amma bizim bütün borclarımız ödənilməyib".

 

"Qarabağ" Avroliqanın E qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" klubları ilə mübarizə aparır.

Müəllif: Estafet.az