"Qarabağ" yenə məğlub oldu: AL - qrup mərhələsi

ESTAFET/ Bu gün futbol üzrə UEFA Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ” növbəti oyununu keçirib. Ağdamlılar qrup mərhələsinin 3-cü turunda Ukrayna “Vorskla”sını qəbul edirdi. E qrupunda yer alan Ağdam və Poltava təmsilçiləri qrupda keçirdiklləri ilk iki oyunda məğlub olduqlarından bu oyun hər ikisi üçün əhəmiyyətli idi.

 

Oyuna intizamlı başlayan qonaqlar ağdamlılara meydanda öz oyunlarını göstərmək üçün heç bir şans vermirdi. İlk hissəsi heç nə ilə yadda qalmayan oyun qolsuz başa çatdı. İkinci hissə başlar-başlamaz qonaqlar fərqləniblər. Belə ki, qonaqların heyətində Kulaçın uzun məsafədən vurduğu zərbədən sonra Vaqnerin kobud səhvi qolla nəticələnib. Sonadək üstünlüyü qoruyan poltavalılar layiqli qələbə qazanmağı bacarıblar. 

 

Qrupun digər oyunu olan “Sportinq” - “Arsenal” qarşılaşması da eyni hesabla başa çatıb. 

 

Avropa Liqası, 2018/2019 mövsümü
E qrupu, 3-cü turun oyunu


25 oktyabr 2018

 

 

Qarabağ - Vorskla 0:1
Qol: Vladislav Kulaç, 48.
Baş hakim: Roi Reinşreyber.
Yan xətt hakimləri: Danni Krasiku, David Elias Bitton.
Dördüncü hakim: Amihay Yehoşua Mozes.
Əlavə köməkçi hakimlər: Alon Yefet, Daniel Bar Natan (hamısı İsrail).
Bakı Olimpiya Stadionu

 

 

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 28. Con Delarj, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.


Vorskla: 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Nacip Yakubu, 6. Aleksandr Sklyar, 10. Vladislav Kulaç, 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov (k), 23. Vadim Sapay, 26. Yuri Kolomoyets, 44. Ardin Dalku, 82. Pavel Rebyonok.
Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 8. Artyom Qabelok, 9. Mixail Sergeyçuk, 13. Maryan Mısik, 14. Nikolas Mores Da Kruz, 19. Vladimir Odaryuk, 33. Aleksandr Çijov.
Baş məşqçi: Vasili Saçko.

 

 

Sportinq (Portuqaliya) - Arsenal (İngiltərə) 0:1
Qol: Danni Uelbek, 78.

 

Arsenal - 9, Sportinq - 6, Vorskla - 3, Qarabağ - 0.

 

Müəllif: Bəhruz MƏMMƏDOV