U23 AÇ: FİRUDİN BÜRÜNC QAZANDI

ESTAFET/ Tel-Əvivdə (İsrail) 23 yaşadək olan cüdoçular arasında Avropa çempionatı davam edir. Xəbər verdiyimiz kimi, Azərbaycan çempionatda 9 cüdoçu ilə təmsil olunur - Davud Məmmədsoy, Mehman Sadıqov (60 kq), Telman Vəliyev (66 kq), Fəqan Quluzadə, Hidayət Heydərov (73 kq), Rüfət İsmayılov (81 kq), Vasif Şərbətli, Firudin Dadaşov (90 kq) və Cəlil Şükürov (100 kq). Qızların mübarizəsində təmsil olunmuruq.

Çempionatın birinci günündə 3 çəki dərəcəsində 5 təmsilçimiz mübarizəyə qoşulmuşdu və günü Hidayət Heydərovun (73 kq) 1 qızıl medalı ilə bitirmişdik. 

Bu gün daha 4 cüdoçumuz 3 çəki dərəcəsində mübarizəyə qoşulub. Onların keçirdikləri görüşlərin nəticələrini təqdim edirik.  

81 kq
1/16 final Rüfət İsmayılov - Rezo Mesablişvili (Ukrayna)
1/8 final 
Rüfət İsmayılov - Damian Stepien (Polşa)

1/4 final Rüfət İsmayılov - Jesper Smink (Hollandiya)

Təsəlliverici: Rüfət İsmayılov - Abbas Əzizov (Rusiya)


90 kq
1/16 final Firudin Dadaşov - MMinas Georgiou (C.Kipr)
1/8 final 
Firudin Dadaşov - David Tekiç (Almaniya)
1/4 final 
Firudin Dadaşov - Nemanya Majdov (Serbiya)
Təsəlliverici: Firudin Dadaşov - Mihael Zgank (Sloveniya)
III yer üçün: 
Firudin Dadaşov - Peter Zilka (Slovakiya)

 

1/16 final Vasif Şərbətli - Mattias Kuusik (Estoniya)

100 kq
1/16 final Cəlil Şükürov - Mikita Svirid (Belarus)