Cüdoçuların paytaxt çempionatına yekun vuruldu

ESTAFET/ Sərhədçi İdman Olimpiya Kompleksində kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər açıq çempionatına yekun vurulub.

 

Yarışın sonuncu günü 60 kq, 73 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gəlib. Elmin Hüseynov, Asim Qulamzadə, Coşqun Abdullayev, Hikmət Alışov və Hüseyn Məmmədov Bakı çempionu adına sahib çıxıblar. 

 

Qeyd edək ki, iki gün davam edən paytaxt çempionatında 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) medallar uğrunda mübarizə aparıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV