"Neftçi"də "Keşlə" ilə oyuna hazırlıq başlandı

ESTAFET/ "Neftçi” futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı "Keşlə” ilə oyunun hazırlığına start verib. "Qarabağ” ilə qarşılaşmadan (3:1) sonra birgünlük fasiləyə buraxılan komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə zədəlilər – Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Qoran Paratskidən başqa bütün futbolçular iştirak edib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

 

Xatırladaq ki, "ASK Arena”da keçiriləcək "Keşlə” – "Neftçi” oyunu noyabrın 3-ü saat 17:00-da başlanacaq. 

Müəllif: Natiq NƏSİROV