Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
"Empoli" baş məşqçisini göndərdi -
"Empoli" baş məşqçisini göndərdi

ESTAFET/ İtaliyanın “Empoli” baş məşqçisi Aurelio Andreatsoli ilə yollarını ayırıb. Mövsümdə yalnız 1 qələbəsi olan A Seriyası təmsilçisi italiyalı mütəxəssisi istefaya göndərib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Məlumatda komandanın yeni baş məşqçisinin kim olacağı isə açıqlanmayıb.


Ötən mövsümdə B Seriyasında çıxış edən “Empoli” 2017-ci ilin dekabrından Aurelioya tapşırılmışdı. Komanda 42 turdan sonra 85 xal toplayaraq A Seriyasına yüksəlmişdi.


“Empoli” cari mövsümdə A Seriyasında 11 turdan sonra 6 xalla 18-ci pillədə yer alıb. 

Müəllif: Estafet.az