"Beşiktaş" məğlubiyyətdən qaça bilmədi: Süperlig - XII tur

ESTAFET/ Futbol üzrə Türkiyə Super Liqasında 12-ci turun oyunlarına yekun vurulub. Turun açılış oyununda "Trabzonspor" darmadağınla üzləşib.
İkinci oyun günündə lider "Başakşəhər" və onun yaxın izləyicisi "Qalatasaray" səfərdən qələbə ilə dönməyi bacarıblar.
Turun son oyun günündə mövsümə uğursuz başlayan "Fənərbaxça" evdə qələbə qazana bilib. "Beşiktaş" isə azarkeşləri önündə "Sivasspor" məğlubiyyətindən qaça bilməyib.
Türkiyə Super Liqası, 2018/2019 mövsümü
12-ci turun oyunları
9 noyabr 2018
Yeni Malatyaspor - Trabzonspor 5:0
Qollar: Gilyerme 36, 64, Aleksiç 38, 48, Butaib 51
10 noyabr 2018
Ərzurumspor - Göztəpə 2:1
Qollar: Akdağ 28, Antalyalı 53 : Öztəkin 90
Konyaspor - Ankaragücü 2:0
Qollar: Fati 56 (ö.q.), Fofana 77
Rizəspor - Başakşəhər 1:2
Qollar: Muriqi 79 : Da Kosta 52, Bayiç 64
Kayserispor - Qalatasaray 0:3
Qollar: Onyekuru 18, 75, Bayram 88
11 noyabr 2018
Bursaspor - Kasımpaşa 1:2
Qollar: Ersoy 26 : Diane 22, Trezeqe 48
Fənərbaxça - Alanyaspor 2:0
Qollar: Ayyu 19, Frey 31
Antalyaspor - Akhisarspor 1:2
Qollar: Doukara 87 : Barbosa 66, Lopes 90
Beşiktaş - Sivasspor 1:2
Qollar: Yalçın 11 : Braz 14, Kılınc, 53

