Millinin heyəti bəlli oldu

ESTAFET/ Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adaları, 20-də isə səfərdə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Millinin baş məşqçisi bu dəfə 24 futbolçuya dəvət göndərib.  

 

Qarşıdakı 2 vacib görüş üçün dəvət alan futbolçular aşağıdakılardır:

 

Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev ("Səbail”)


Müdafiəçilər: Maksim Medvedev (“Qarabağ”), Bədavi Hüseynov (“Qarabağ”), Rahil Məmmədov (“Qarabağ”), Şəhriyar Əliyev (“Sumqayıt”), Təmkin Xəlilzadə (“Qəbələ”), Urfan Abbasov (“Qəbələ”), Tural Axundov (“Neftçi”), Pavlo Paşayev ("Aleksandriya”, Ukrayna), Qara Qarayev ("Qarabağ”)

 

Yarımmüdafiəçilər: Araz Abdullayev (“Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Əfran İsmayılov (“Sumqayıt”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Erzgebirge”, Almaniya)


Hücumçular: Mahir Mədətov (“Qarabağ”), Mirabdulla Abbasov (“Neftçi”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya), Ruslan Qurbanov (“Səbail”)

Müəllif: Natiq NƏSİROV