"Azərbaycanla görüşdə çox ehtiyatlı olmalıyıq": Donis Avdiyay

ESTAFET/ Kosovo millisinin futbolçusu Donis Avdiyay Millətlər Liqasında Azərbaycan yığmaısyla sabahkı matçla bağlı fikirlərini açıqlayıb. Almaniyanın "Şalke" klubunun hücumçusu diqqətli olmağı önəmli sayır: "Qarşıda çox vacib matçımız var. Qrupdan çıxmağımız üçün bizə 1 xal də bəs edir. Buna görə də qarşıdakı görüşdə çox ehtiyatlı olmalıyıq".

 

Qeyd edək ki, Priştinadakı matç sabah Bakı vaxtilə saat 23:45-də keçiriləcək.  

Müəllif: Estafet.az