Kante daha 5 il "Çelsi"də qalası oldu

ESTAFET/ İngiltərənin “Çelsi” klubu fransız futbolçu Nqolo Kantenin müqaviləsinin müddətini uzadıb. “Zadəganlar” 27 yaşlı futbolçuyla 5 illik sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kantenin müqaviləsinin müddəti 2021-ci ildə başa çatırdı. O, 2016-cı ildə “Lester”dən 36 milyon avroya “Çelsi”yə transfer edilib.
27 yaşlı futbolçu cari mövsümdə 16 qarşılaşmada iştirak edərək, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
