"Neftçi"dən yeni transfer

ESTAFET/ "Neftçi” futbol klubu heyətini gücləndirmək baxımından növbəti addımı atıb. Vətəni Qvineyada istedadı ilə seçilən futboçulardan olan Mamadu Kane ilə 3 illik müqavilə bağlanıb. Oktyabrın 15-dən "Neftçi”də baxışda olan 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. O, komandamızın heyətində 36 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, bundan əvvəl Qvineyanın "Kaloum Star” klubunun üzvü olmuş futbolçu bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib. 

Müəllif: Natiq NƏSİROV