Sərbəst güləşçilər "Alans" turnirində yarışacaq

ESTAFET/ Dekabrın 7-dən 9-dək Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə "Alans" turniri keçiriləcək.

Yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya və dünya çempionu Şərif Şərifov, Məhəmmədhacı Xatiyev və Aslanbek Alborov (hamısı 92 kq) yarışda ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, çempionlar 5000, yalnız finalda məğlub olanlar 2000, bürünc medalın sahibləri üçün 1000 dollar pul mükafatına sahib çıxacaq. 

Müəllif: Orxan NOVRUZOV