AHF-da dopinqlə mübarizə mövzusunda tədbir keçirilib

ESTAFET/ Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycanda fəaliyyət göstərən idman federasiyaları ilə əməkdaşlıq çərçivəsində tədbirlər keçirməkdədir. Belə tədbirlərdən biri” ABU Arena”da təşkil olunub.

Azərbaycan Həndbol Federasiyasının rəsmiləri, həkimləri və idmançılarının qatıldığı görüş maarifləndirici xarakter daşıyıb.

AMADA təmsilçiləri tərəfindən dopinqlə mübarizə yolları haqqında ətraflı məlumat verilib, həkimlər və idmançılar qadağan olunmuş preparatlar barədə məlumatlandırılıblar.

Bu cür tədbirlərin əsas məqsədi, ölkədə dopinqlə mübarizənin səmərəli şəkildə aparılmasıdır. 

Müəllif: Bəhruz MƏMMƏDOV