HƏNDBOLÇULARIMIZ UKRAYNAYA MƏĞLUB OLDU

ESTAFET/ Ukraynada əfsanəvi məşqçi İqor Turçinin şərəfinə həndbol üzrə "Turçin Kuboku" yarışı təşkil edilib. Turnirdə Ukraynanın əsas, klublar və gənclər yığması ilə yanaşı Rədiqə Şabanovanın rəhbərliyində Azərbaycan yığması da mübarizə aparırdı.

 

ilk görüşdə həndbolçularımız Ukrayna gənclər yığmasını 34-22 (28-7) hesabı ilə məğlub etməyi bacarıb. Finalda isə Ukraynanın əsas yığması ilə qarşılaşan həndbolçularımız meydanı 17-39 (8-20) hesablı məğlubiyyətlə tərk ediblər.