UEFA 2 klubu cəzalandırdı

ESTAFET/ Feyr Pley qaydalarını pozduqları üçün 2 klub UEFA tərəfindən bir illik avrokuboklardan uzaqlaşdırılıb. Bunlar Makedoniyanın “Vardar” və Bolqarıstanın “Levski” klublarıdır. Bu barədə qutənin ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Hər iki komanda 2019-cu ilin fevralın 28-nə qədər borclarını ödəməsə, 2019/20 və 2020/21 mövsümlərində də avrokuboklarda iştirak edə bilməyəcək.

UEFA bundan əlavə “Vardar” və “Levski”ni 100 min, Portuqaliyanın “Sportinq” klubunu isə 50 min avro cərimə edib. 

Müəllif: Natiq NƏSİROV