AFFA və UNICEF təlimat kitabçaları hazırlayıb

ESTAFET/ AFFA və UNICEF-in birgə əməkdaşlığı çərçivəsində futbolda zorakılıq hallarına yol verilməməsi üçün təbliğat xarakterli təlimat kitabçaları hazırlanıb.


Kitabçaların nəşrində əsas məqsəd futbolçulara gənc yaşlardan fair-play prinsiplərinin aşılanması, futbolda uşaq-yeniyetmə və gənclər üçün təhlükəsiz ətraf mühitin yaradılmasında məşqçilərə köməklik göstərilməsidir. Uşaq və gənclər üzrə daxili liqalarda iştirak edən komandaların və milli komandaların məşqçilərinə paylanmış kitabçaların elektron versiyası ilə affa.az-a daxil olmaqla tanış olmaq mümkündür. 

Müəllif: Natiq NƏSİROV