"Keşlə"nin rəqibləri məlum oldu

ESTAFET/ Məlumat verdiyimiz kimi, Keşlə FK-nın qış təlim-məşq toplanışı iki hissədən ibarət olacaq.


Komanda qış hazırlığına ilk olaraq Bakı şəhərində start verəcək. İkinci mərhələdə komandamız hazırlaşmaq üçün Türkiyənin Antalya mahalına yollanacaq. Ayın 12-dən start götürəcək ümumi hazırlıq mərhələsi 26-dək davam edəcək.

Türkiyə toplanışı çərçivəsində Keşlə FK 17, 20, 23, və 25 yanvar tarixlərində yoxlama matçları keçirməyi planlaşdırır.

Oyunların siyahısı aşağıdakı kimidir:

17.01.2019. Keşlə FK- Okjetpes M (Qazaxıstan,1-ci liqa)

23.01.2019. Keşlə FK- CS Concordia Chiajna (Rumıniya, 1-ci liqa)

25.01.2019. Keşlə FK- Çertanovo FK (Rusiya, Moskva, MFL)

20.01.2019-cu il tarixdə də oyun keçirilməsi planlaşdırılır. Rəqib komanda müəyyənləşdikdən sonra məlumat veriləcək.  

Müəllif: Bəhruz MƏMMƏDOV