Mourinyo getdi, Poqba qalır

ESTAFET/ Joze Mourinyonun istefaya göndərilməsi yarımmüdafiəçi Pol Poqbanın qərarını dəyişib. Xarici mətbuatın məlumatına görə, fransalı ulduz futbolçu artıq qalmaq barədə düşünür.

Mourinyo ilə yola getmədiyi üçün komandadan ayrılmaq istəyən 25 yaşlı orta sahə oyunçusu portuqaliyalının gedişindən sonra yeni müqaviləyə də razıdı. "Qırmızı şeytanlar" bununla bağlı futbolçunun menecerinə müraciət edib və tərəflər yeni müqavilə məsələsinin müzakirəsinə start veriblər.

Qeyd edək ki, Pol Poqbanın "Mançester Yunayted"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi. 

Mənbə: Matç

Müəllif: Məsim MƏSİMZADƏ