"Neftçi"nin sonuncu rəqibi müəyyənləşdi

ESTAFET/ Yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq "Neftçi”nin təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib. Komanda yanvarın 26-da Bolqarıstanın "Beroe” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "ağ-qaralar” dünəndən bir araya gələrək, məşqləri bərpa edib. Ayın 13-dək Bakıda təklim-məşq toplanışı keçəcək "Neftçi” həmin gün Türkiyəyə yola düşəcək. Komanda ayın 18-də "Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə "Slovan” (Liberes, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək. 

Müəllif: Natiq NƏSİROV