FORMULA 1: ƏBU-DABİ QRAN PRİSİ

ESTAFET/ Bu dəqiqələrdə sürət həvəskarlarının həyəcanla gözlədiyi an yekunlaşdı. Formula 1 tarixində az rastlanan hadisələrdən biri bu mövsümə təsadüf etmişdi. Belə ki, mövsümün qalibinin adını bilmək üçün son yürüş olan Əbu-Dabi Qran Prisinin son dövrəsinədək həyəcan pik nöqtədə idi.  

 
FORMULA-1: ABU DHABI GRAND PRIX 2016
Tarix
Trass
Dövrə uzunluğu
Dövrə sayı
Məsafə
25-27.11.2016
Yas Marin
5554 m
55
305.355 km
AYDIN, QURU, HAVA +26...+25 C, TRASS +28...27 C
 
Yürüşü 1:38.04.013 vaxt göstəricisi ilə Böyük Britaniya təmsilçisi Lyuis Xemilton (Mercedes AMG F1) qalib bitirsədə çempionluq üçün kifayət etmədi. Alman pilot Niko Rosberq (Mercedes AMG F1) finişə 0.439 saniyəlik gecikmə ilə ikinci çatsa da, bu onun mövsümdə ümumi çempionluğa mane ola bilməyib. Digər alman Sebastyen Fettel (Red Bull Racing) isə finişə üçüncü (+0.843) çatıb. 
 
Mövsümün yekun sıralamasında ilk "beşlik"lər aşağıdakı kimidir:
 
Şəxsi birincilik
 
1. Niko Rosberq (Mercedes AMG F1) - 385
2. Lyuis Xemilton (Mercedes AMG F1) - 380
3. Daniel Rikkardo (Red Bull Racing) - 256
4. Sebastyen Fettel (Scuderia Ferrari) - 212
5. Mark Ferstappen (Red Bull Racing) - 204
  
 
Komanda birinciliyi
 
1. Mercedes AMG F1 - 765
2. Red Bull Racing - 468
3. Scuderia Ferrari - 398
4. Force İndia - 173
5. Williams - 138