"Neftçi" hazırlığı iki məşqlə davam etdirir

ESTAFET/ "Neftçi” Antalya təlim-məşq toplanışını davam etdirir. Komanda toplanışın 4-cü günündə iki dəfə məşqə çıxıb. Axşam məşqi texniki-taktiki hazırlığa həsr olunub.

 

Qeyd edək ki, "The Sense De Luxe” otelində məskunlaşan "ağ-qaralar” hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək. "Neftçi” yanvarın 18-də "Qaz Metan” (Rumıniya), 20-də "İstiqlal” (İran), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV