"Neftçi" Valeri Hacıyevin xatirə turnirində iştirak edəcək

ESTAFET/ "Neftçi”nin U-11 komandası veteran futbolçu, Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin idman ustası Valeri Hacıyevin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək. 2008-ci il təvəllüdlü futbolçular arasında yanvarın 28-dən 31-dək "Amasiya” İdman Kompleksində keçiriləcək yarışda 2 qrupdan ibarət 8 komanda mübarizə aparacaq.

"Neftçi” yanvarın 28-də "Sərhədçi”, 29-da "Neftçi” İK İB, 30-da isə "Amasiya ROFM” komandaları ilə qarşılaşacaq. Digər qrupda "Qarabağ”, "Sumqayıt”, "Sabah” və "Təhsil” yarışacaq. Yanvarın 31-də qrupda birinci yeri tutan komandalar final, ikinci yerin sahibləri isə 3-cü yer uğrunda oyuna çıxacaq. 

Müəllif: Orxan NOVRUZOV