Ölkə çempionatında növbəti turun oyunları baş tutub

ESTAFET/ Bu gün kişilər arasında Azərbaycan Çempionatında II turun oyunları keçirilib. İlk olaraq meydançaya "Lokomotiv" və "Neftçi" komandaları çıxıblar. İlk hissədə Cəlalovun yetirmələri 25:20 hesabı ilə rəqibini məğlub etdi. İkinci hissədə də üstünlük Lokomotiv komandasında oldu - 25:19. Son setdə də oyunu gedişində bir dəyişiklik olmadı və Lokomotiv 25:14 hesablı qələbə ilə quru seriyanı davam etdirdi. 

Günün ikinci oyunu U19 və MOİK komandaları arasında keçirildi. U19 – MOİK görüşü ilk oyundan fərqli olaraq daha gərgin keçdi. Hər iki komanda qələbə qazanmaq üçün sona kimi mübarizə aparsalar da, sonda sevinən tərəf ordu idmançıları olub  - 2:3 (21:25, 25:18, 19:25, 25:23, 12:15)

İlk turda aşağıdakı nəticələr qeydə alınmışdı:


I tur
"Lokomotiv" – MOİK 3-0 (25-19, 26-24, 25-23).
"Neftçi" – U-19 3-0 (25-16, 32-30, 25-18)


 

Müəllif: Natiq NƏSİROV