"Neftçi" xatirə turnirinin qalibi oldu

ESTAFET/ "Neftçi"nin U-11 komandası klubun veteran futbolçusu, Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin idman ustası Valeri Hacıyevin xatirəsinə həsr olunmuş turnirin qalibi olub. "Ağ-qaralar” 2008-ci il təvəllüdlü futbolçular arasında keçirilən yarışın final matçında "Qarabağ”ı 7:3 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb. Vüsal Kərimov 4 qola imza atıb. Komandamızın digər qollarını Lorenzo Mezzotero, Əbdüləziz Cabbarlı və Rüstəm Hüseynli vurublar. 

Qeyd edək ki, "Amasiya” İdman Kompleksində təşkil olunmuş, 2 qrupdan ibarət 8 komandanın mübarizə apardığı turnirdə "Neftçi” bunadək "Sərhədçi” (3:0), "Neftçi” İK İB (8:2) və "Amasiya ROFM” (6:6) komandaları ilə qarşılaşmışdı. 

Müəllif: Bəhruz MƏMMƏDOV