Elşən Məmmədov Azərbaycan çempionu oldu

ESTAFET/ Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir. 

Kişilər arasında 61 kq çəki dərəcəsində də mükafatçıların adlarına aydınlıq gəlib. Lənkəran idmançısı Elşən Məmmədov toplam 223 kq (98+125) nəticə göstərərək Azərbaycan çempionu olub. Sonrakı pillələrdə müvafiq olaraq toplam 218 kq (96+122) nəticə ilə Nurlan Məmmədzadə və toplam 215 kq (96+119) nəticə ilə Fuad Həsənov qərarlaşıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV