Cavanşir Ağakişiyev Dünya Kubokunda çıxışını başa vurub

ESTAFET/ Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə gənclərin Dünya Kuboku mərhələsi yarışı keçirilir.
Turnirin ilk günündə kişi sablyaçıların şəxsi yarışında qaliblərin adlarına aydınlıq gəlib. Qrupda keçirdiyi 5 görüşdən 2-ni qalib başa vuran milli komandamızın üzvü Cavanşir Ağakişiyev pley-off mərhələsinə adlayıb. Cavanşir 1/64 finalda Almaniya idmançısı Adrian Degenə 15:9 hesabı ilə qalib gəlib. 1/32 finalda gərgin keçən mübarizədə İtaliya təmsilçisi Roma Lorenzoya 12:15 hesabı ilə uduzan Cavanşir Ağakişiyev ümumulikdə 100 iştirakçı arasında 61-ci olub.
