Aysel Əhədova Dünya Kubokunda 63-cü oldu

ESTAFET/ Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.

Turnirin son günündə qadın sablyaçılar mübarizə aparıb. Milli komandamızın üzvü Aysel Əhədova qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qalib gəlməklə pley-offa vəsiqə qazanıb. 1/64 finalda Tunis idmançısı Xədicə Çemkiyə 15:11 hesabı ilə qalib gələn Aysel növbəti mərhələdə Polşa təmsilçisi Zuzanna Kieslara eyni hesabla uduzub (11:15). Aysel Əhədova yekun sıralamada 63-cü sırada qərarlaşıb. 

Müəllif: Orxan NOVRUZOV