İlk test yürüşündə "Ferrari" fərqləndi

ESTAFET/ “Formula 1” üzrə dünya çempionatının mövsüm öncəsi ilk test sessiyası start götürüb. İspaniyanın Barselona şəhərində keçirilmiş ilk yürüşdə ən yaxşı nəticəni İtaliyanın “Ferrari” komandasının pilotu Sebastyan Fettel göstərib - 1 saat 18,161 saniyə (169 dövrə). Böyük Britaniyanın “McLaren” komandasının sürücüsü Karlos Sayns 1 dəqiqə 18,558 saniyə (119 dövrə) göstərici ilə ikinci olub. ABŞ-ın “Haas” kollektivinin sürücüsü Romen Qrojan isə 3-cü ən yaxşı nəticəyə imza atıb - 1 dəqiqə 19,159 saniyə (65 dövrə).

İlk testlərdə yeni bolidləri hələ də hazır olmayan Böyük Britaniyanın “Williams” komandası iştirak etməyib.

Qeyd edək ki, mövsüm öncəsi ilk test sessiyası fevralın 21-dək davam edəcək. İkinci testlər isə 26 fevral – 1 mart aralığında olacaq. “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 26 - 28 apreldə olacaq. 

Müəllif: Natiq NƏSİROV