Rüstəm Orucov Almaniyada bürünc medala sahib olub

ESTAFET/ Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanıb. Cüdoçumuz yalnız beynəlxalq turnirin çempionu, yaponiyalı Şohei Onoya uduzaraq 3-cü yeri tutub. Rüstəm Orucov Almaniyada Əlcəzair, İtaliya, Polşa və Rusiya idmançılarını məğlub edərək fəxri kürsüyə qalxıb. Qeyd edək ki, Orucov dalbadal 2-ci dəfədir ki, Düsseldorf turnirini medalla başa vurub. Almaniyada keçirilən "Böyük Dəbilqə" turnirində 93 ölkədən 605 cüdoçu mübarizə aparır. Azərbaycan bu nüfuzlu yarışda 15 idmançı ilə təmsil olunur.
