Yeniyetmələr arasında Bakı şəhər birinciliyinə yekun vurulub

ESTAFET/ Bu gün 5 №-li Bakı Peşə Liseyində Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 2005-2006 təvəllüdlü badmintonçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub. Fevralın 7-də start götürən yarışda 16 qız və 40 oğlan yarışıb.Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.Şəxsi oğlanlar: 1.Tuncay İsmayılov, 2.İlfat Akçurin, 3.Elçin Məmmədov. Şəxsi qızlar: 1.Nərmin Şərifova, 2.Fatimə Əşrəfova, 3.Həcər Nuriyeva. Qoşa oğlanlar: 1.Tuncay İsmayılov – İlfat Akçurin, 2.Elçin Məmmədov – Əli İsrafilov, 3.Əkbər Əliyev – İbrahim Əliyev. Qoşa qızlar: 1.Nərmin Şərifova – Nigar Səmədova, 2.Jalə Əhmədova – Həcər Nuriyeva, 3.Fatimə Əşrəfova – Səmayə Əliyeva. Qarışıq qoşa: 1.Tuncay İsmayılov – Nərmin Şərifova, 2.İlfat Akçurin – Nigar Səmədova, 3.Elşən Novruzov – Səmayə Əliyeva. Qaliblər hədiyyə, diplom və medallarla təltif olunublar. 

Müəllif: Məsim MƏSİMZADƏ