Badmintonçumuz "XX Giraldilla 2019" turnirində gümüş medal qazandı
ESTAFET/ Kubanın paytaxtı Havana şəhərində "XX Giraldilla 2019" turnirinə yekun vurulub. Kişilərin şəxsi yarışında ölkəmizi təmsil edən Ezmi Qovimuramadhoni mübarizəyə 1/8 final mərhələsindən start verib. Badmintonçumuz ilk görüşündə Lüksemburq idmançısı Robert Mannı 2:0 (21-16,21-17) hesabı ilə məğlub edib. 1/4 finalda meksikalı Arturo Hernandez ilə qarşılaşan Ezmi rəqibi üzərində 2:0 (21-19,21-14) hesablı qələbə qazanıb. Ezmi yarımfinalda Kuba təmsilçisi Leodannis Martinez Palasio ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma badmintonçumuzun 2:1 (21-16,19-21,21-19) hesablı qələbəsi ilə başa çatıb. Ezmi həlledici final görüşündə Meksika idmançısı, turnirin 1 nömrəli reytinq favoriti Cob Kastilyo ilə qarşılaşıb. Görüş meksikalı badmintonçunun 2:0 (21-12,21-13) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "XX Giraldilla 2019" turnirinin finalında uduzan Ezmi yarışın gümüş medalını qazanıb.