Gültac Məmmədəliyeva Antalyada bürünc medal qazanıb

ESTAFET/ Türkiyənin Antalya şəhərində cüdo üzrə beynəlxalq "Qran-Pri" yarışına start verilib.Turnirin ilk günündə Azərbaycan millisi hesabına bir medal yazdırıb.Qadınlar arasında 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb.Azərbaycan cüdoçusu 3-cü yer uğrunda görüşdə olimpiya çempionu, braziliyalı Sara Menezeşi məğlub edib.Qeyd edək ki,Antalya "Qran-Pri" sində 75 ölkədən 485 (297 oğlan, 188 qız) cüdoçu mübarizə aparır. Beynəlxalq turnirə aprelin 7-də yekun vurulacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV