Karlsen Şəmkirdə vahid lider oldu

ESTAFET/ Bu gün Şəmkirdə “Shamkir Chess” şahmat üzrə 6-cı beynəlxalq turnirdə VII turun oyunları keçirilir. 10 qrossmeysterin dairəvi sistem üzrə keçirilən mübarizəsinin bu turunda təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Dinq Lijenlə, Teymur Rəcəbov Veselin Topalovla qarşılaşacaq.

 

David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya)  0,5:0,5

Maqnus Karlssen (Norveç) - Aniş Giri (Hollandiya)  1:0

Vişvanatan Anand (Hindistan) - Alekandr Qrişşuk (Rusiya)  0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan)  0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Dinq Lijen (Çin)  0,5:0,5

 

Turnir cədvəli: Maqnus Karlssen - 5 xal, Sergey Karyakin - 4,5 xal, Vişvanatan Anand, David Navara, Dinq Lijen, Aleksandr Qrişşuk, Veselin Topalov, Teymur Rəcəbov - 3,5 xal, Şəhriyar Məmmədyarov 2,5 xal, Aniş Giri - 2. 

Müəllif: Natiq NƏSİROV