“Heydər Əliyev Kuboku-2019” beynəlxalq turnirində 8 ölkə çıxış edəcək
ESTAFET/ Bu gün yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev Kuboku-2019” beynəlxalq turnirinə start veriləcək. Xırdalanda Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək ənənəvi yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan və Qırğızıstan yığmaları iştirak edəcəklər. 114 idmançının qatıldığı “Heydər Əliyev Kuboku-2019″un final görüşləri mayın 1-də olacaq.
Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparacaq. Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 52 yeniyetməni sınaqdan keçirəcək.
Qeyd edək ki, yarış saat 15:00-da başlayacaq.