Qurbanovlu “Qarabağ”ın 200-cü qələbəsi

ESTAFET/ “Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb. Bu, futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XXVI turunun “Zirə” ilə səfər oyununa təsadüf edib. 2008-ci ildən “Qarabağ”ı çalışdıran Qurbanov 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub.

Qeyd edək ki, Qurbanovun Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-dir. 

Müəllif: Orxan NOVRUZOV