“Neftçi” 600-cü dəfə məyus oldu

ESTAFET/ “Neftçi” Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb. “Sumqayıt”a 2:3 hesabı ilə uduzan Bakı klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb. 1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında iştirak edən bakılılar 775 matçda bu qədər qola üzülüb. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü neytral meydanda qeydə alınıb.

Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top. 

Müəllif: Natiq NƏSİROV